ABŞ Çinin Alyaska yaxınlığında aktivliyinin artacağını gözləyir

Dünya

14.02.2025 19:35

2725

ABŞ hərbi rəhbərliyi Çin ordusunun Alyaska sahilləri yaxınlığında fəaliyyətini genişləndirəcəyini, o cümlədən strateji bombardmançıların uçuşlarının artacağını proqnozlaşdırır. 

TodayPress xəbər verir ki, bu barədə ABŞ Senatının Silahlı Qüvvələr Komitəsində Şimali Amerikanın Aerokosmik Müdafiə Komandanlığının (NORAD) və ABŞ Şimali Komandanlığının (NORTHCOM) rəhbəri general Qreqori Qiyo bildirib.

“Çinin həm müstəqil şəkildə, həm də Rusiya ilə birlikdə hava, dəniz və sualtı sahələrdə varlığını artıracağını düşünürəm” deyə general vurğulayıb.

Qiymət Mahir

tag: ABŞ ,Çin,Alyaska,NORTHCOM,NORAD,todaypress.az,