ABŞ çinliləri kəşfiyyatçı olmağa çağırdı

Dünya

02.05.2025 10:15

10

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Çin vətəndaşlarını ABŞ üçün məlumat verməyə çağıran iki video yayımlayıb.

TodayPress xəbər verir ki, videolar Çin dilində hazırlanıb və MKİ-nin "YouTube" kanalında yerləşdirilib. 

Görüntülərdən biri Çinli bir məmur köməkçisinin narazılığından, digəri isə həbs olunmaqdan qorxan yüksək vəzifəli şəxsdən bəhs edir.

MKİ bu videoları başqa sosial şəbəkələrdə də yayıb, lakin həmin platformalar Çində bloklanıb.

Xatırladaq ki, ABŞ Çində çalışan diplomatlara və ailələrinə Çin vətəndaşları ilə romantik və ya cinsi münasibət qadağası qoyub. Bu qayda 2025-ci ilin yanvarında Pekindəki səfir tərəfindən tam tətbiq olunub.

Türkan İsgəndərli

tag: ABŞ,Çin,MKİ,Kəşfiyyat,todaypress.az,