ABŞ-da atışma - 2 nəfər öldü, 4 nəfər yaralandı
ABŞ-də ziyafətdə atışma nəticəsində iki
nəfər ölüb, dörd nəfər yaralanıb.
TodayPress xəbər verir ki, bu barədə "ABC
News" telekanalı məlumat yayıb.
Məlumata görə, 40-a yaxın yeniyetmənin şənlik etdiyi evin
yaxınlığında küçədə dava düşüb, əraziyə polis çağırılıb. Daha sonra atışma
səsləri eşidilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları bir yeniyetməni
şübhəli şəxs qismində saxlayıblar. Polis hadisənin motivlərini və şəraitini
müəyyənləşdirir.
tag: Atışma, ABŞ, Ziyafət, Ölüm, Yaralı, todaypress.az,