ABŞ-da Demokratlar Partiyası Pentaqon rəhbərinin istefasını tələb edir
ABŞ-da məxfi məlumatın
“Signal” tətbiqindəki yazışma zamanı yayılması ilə bağlı Tramp
administrasiyasının kəşfiyyat və müdafiə rəsmilərinin Konqresdə ifadələri davam
edir.
TodayPress-in məlumatına görə,
bugünkü dinləmələrdə Demokratlar Partiyasının təmsilçiləri ABŞ-ın müdafiə
katibi Pit Heqseti istefaya çağırıblar.
Onlar milli kəşfiyyatın
direktoru Tulsi Qabbard və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retklifin
yazışmada heç bir məxfi məlumatın paylaşılmadığına dair ifadələrini qəbul
etməyərək, Pentaqon rəhbərinin məsuliyyəti üzərinə götürməsini tələb ediblər.
Qeyd olunub ki, ABŞ-a məxsus gizlin məlumatların adi tətbiq vasitəsilə
yayılması məsuliyyətsizlikdir.
Qeyd edək ki,
iki gün əvvəl “Atlantik” jurnalının baş redaktoru Cefri Qoldberq təsadüfən
Tramp administrasiyasının “Signal” tətbiqindəki yazışma qrupuna daxil
edildiyini və orada ABŞ-ın Yəməndə husilərə hücum planının detallarının
açıqlandığını deyib. Bu gün isə “Atlantik” dərgisi söhbətin davamını yayımlayıb
və orada müdafiə katibinin döyüş təyyarələrinin dəqiq hücum vaxtlarına dair
paylaşımı qeyd olunub.
Milli
təhlükəsizlik müşaviri Mayk Vals müdafiə katibi, vitse-prezident və Tramp
administrasiyasının digər yüksəksəviyyəli rəsmilərinin də daxil olduğu
yazışmaya baş redaktorun əlavə edilməsinə görə məsuliyyəti öz üzərinə götürüb.
İki gündür Konqresdə hadisə ilə bağlı dinləmələr keçirilir. ABŞ rəsmiləri
yazışmalarda məxfi məlumatın paylaşılmadığını iddia edirlər
tag: Panteqon, Rusiya, ABŞ, Tramp,Signal, todaypress.az,