ABŞ danışıqlar barədə Rusiyanı məlumatlandıracaq
ABŞ Səudiyyə Ərəbistanında Ukrayna nümayəndələri ilə təmaslarının nəticələri barədə Rusiyanı məlumatlandıracaq.
TodayPress xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Bildirilib ki, danışıqların əsas məqsədi sülh razılaşması və atəşkəs üçün "çərçivə" yaratmaqdır.
Həmçinin Kiyev Vaşinqtondan təhlükəsizlik zəmanətlərinin verilməsini tələb edəcək.
Qeyd edək ki, ABŞ və Ukrayna nümayəndələrinin Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki görüşü artıq başlayıb.
Türkan İsgəndərli
tag: ABŞ,Rusiya,Peskov,Ukrayna,Todaypress.az,