ABŞ-də 200 illik tarixi ağac kəsiləcək

Dünya

31.03.2025 11:01

1105

ABŞ prezidenti Donald Tramp Ağ Ev yaxınlığında yerləşən və təxminən 200 il əvvəl əkilmiş tarixi maqnoliyanın kəsilməsi barədə qərar verib. 

TodayPress xəbər verir ki, bu barədə o, “Truth Social” platformasında paylaşım edib. 

Tramp ağacın “dəhşətli vəziyyətdə” olduğunu və təhlükə yaratdığını bildirib.

“Hər şeyin bir sonu olmalıdır. Bu ağac çox pis vəziyyətdədir və xüsusilə Ağ Evin girişində təhlükəli bir təhdid təşkil edir. Gələn həftə bu proses başlayacaq və yerinə çox gözəl başqa bir ağac əkiləcək” deyə Tramp açıqlamasında deyib.

Qeyd edək ki, tarixi maqnoliya ABŞ-nin yeddinci prezidenti Endryu Cekson tərəfindən təxminən iki əsr əvvəl əkilib. Tramp onu da vurğulayıb ki, ağacın taxtası qorunacaq və “başqa uca və nəcib məqsədlər” üçün istifadə ediləcək. 

Qiymət Mahir

tag: ABŞ,200 illik,Ağac,Ağ ev,Todaypress.az,