ABŞ-də atışma nəticəsində 3 nəfər öldü, yaralılar var

Dünya

23.03.2025 02:21

1992

Amerikanın Nyu-Meksiko ştatının Las Kruses şəhərindəki parkda atışma nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb.

TodayPress xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.

Telekanalın məlumatına görə, polis hələlik şübhəlilərin kimliyini müəyyən etməyib.

Parka gedən bütün yollar bağlanıb.

 

tag: Amerika, Atışma, Yaralı, Ölüm, Polis, todaypress.az,