ABŞ-də daha bir ixtisar: İşsizlik artacaq
ABŞ prezidenti Donald Trampın administrasiyası federal agentliklərin işçilərinin 50%-ə qədərini ixtisar edə bilər.
TodayPress xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti Ağ Evin daxili sənədinə istinadən məlumat yayıb.
"Heç kimə sirr deyil ki, Tramp administrasiyası federal bürokratiyanın həcmini azaltmaq və israfçılığı, saxtakarlığı və sui-istifadəni azaltmaq öhdəliyinə sadiqdir" deyə Ağ Evin mətbuat katibinin müavini Harrison Filds bildirib.
Sənədə əsasən 22 federal qurumda ixtisarlar olacaq - Mənzil İnşaatı Nazirliyinin əməkdaşlarının yarısına qədəri, Vergilər İdarəsinin isə üçdə biri işdən çıxarılacaq.
Bununla belə, Filds vurğulayıb ki, sənəd ilkin xarakter daşıyır və administrasiyanın yekun qərarlarını əks etdirmir.
Töhfə Səməd
tag: ABŞ,Tramp,İşçi,İxtisar,Todaypress.az,