ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı artdı

Dünya

08.04.2025 14:12

42

ABŞ-də davam edən yağış və tufan nəticəsində azı 24 nəfər ölüb.   

TodayPress xəbər verir ki, bu barədə "CBS News" telekanalı məlumat yayıb. 

Məlumata görə, Tennessi ştatında 10, Kentukki ştatında 5, Missuri ştatında 3, Arkanzas və Corciya ştatlarının hər birində 2, İndiana və Missisipidə isə iki ölüm faktı qeydə alınıb. 

Həmçinin Texas və Ohayo ştatlarının elektrik və qazda fasilələr yaranıb.

Zərər çəkmiş ştatların səlahiyyətliləri hazırda fırtınanın vurduğu ziyanı qiymətləndirmək üçün çalışdıqlarını bildiriblər. 

Türkan İsgəndərli

tag: ABŞ,Daşqın,Zərər,Ölüm,Todaypress.az,