ABŞ-də gizli yazışma ilə bağlı iş bağlandı
“ABŞ prezidenti Donald Tramp milli təhlükəsizlik üzrə müşaviri Mayk Uoltsu dəstəkləməyə davam edir. Ağ evdə yüksək rütbəli rəsmilər arasında “Signal” messencerində baş verən yazışma sızması ilə bağlı araşdırma isə yekunlaşdırılıb”.
TodayPress xəbər verir ki, bu barədə Ağ evin rəsmi nümayəndəsi Kerolayn Levitt “CNN”ə açıqlamasında bildirib.
“Prezident aydın şəkildə göstərdi ki, Mayk Uolts onun milli təhlükəsizlik komandasında önəmli fiqur olaraq qalır. Ağ evin mövqeyinə görə bu məsələ bağlanıb. Gələcəkdə bu cür halların təkrarlanmaması üçün müvafiq addımlar atılıb. İndi biz irəli baxırıq” deyə Levitt vurğulayıb.
O, konkret olaraq hansı tədbirlərin görüldüyünü açıqlamayıb və İlon Maskın komandası tərəfindən aparılan araşdırmaya dair sualı da cavabsız qoyub.
Qiymət Mahir
tag: ABŞ,Signal,Proqram,Gizli,Yazışma,Araşdırma,Todaypress.az,