ABŞ-də güclü qasırğa nəticəsində ölənlərin sayı artdı - YENİLƏNDİ

Dünya

16.03.2025 10:30

1409

ABŞ-nin Orta Qərb və cənub ştatlarında baş verən güclü fırtınalar nəticəsində həyatını itirənlərin sayı 33-ə çatıb.

TodayPress xəbər verir ki, bu barədə Amerikanın yerli mediası məlumat yayıb.

Fırtına Texas, Missuri, Oklahoma, Missisipi və Alabama ştatları da daxil olmaqla, ölkənin böyük bir hissəsini əhatə edib. Minlərlə insan evlərini itirib, ən azı 29 nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib. Rəsmi məlumatlara görə, Missuri ştatında 12, Missisipi-də 6, Kanzasda 8, Arkanzas və Texasda hər birində 3, Oklahomada isə 1 nəfər həyatını itirib.

Meteoroloqların proqnozlarına əsasən, güclü fırtınaların həftə sonu da davam edəcəyi, xüsusilə Missisipi və Alabama ştatlarında qasırğaların təsirli olacağı gözlənilir. Eyni zamanda, ani daşqınlar barədə də xəbərdarlıqlar edilib.

Fırtına nəticəsində çox sayda ev və infrastruktur zərər görüb. Fövqəladə hallar xidməti və yerli hakimiyyət orqanları xilasetmə və yardım tədbirlərini davam etdirir, zərərçəkənlərə sığınacaq və tibbi yardım təmin edilir.

Rəsmilər, vətəndaşları hava şəraiti ilə bağlı xəbərdarlıqları diqqətlə izləməyə, təhlükəsizlik tədbirlərinə riayət etməyə və zəruri olmadıqca evlərini tərk etməməyə çağırır.


***


08:14


ABŞ-nin şərqində baş verən güclü qasırğa azı 31 nəfərin həyatına son qoyub.

TodayPress  xəbər verir ki, bu barədə Amerikanın “CNN “ telekanalı rəsmilərə istinadən məlumat yayıb.

“Ölənlərin sayı ən azı 31 nəfərə çatıb” məlumatda deyilir.

tag: ABŞ, Qasırğa, Amerika, Ölüm, İtkin, todaypress.az,