ABŞ-də hərbi təyyarə qəzaya uğradı

Dünya

13.02.2025 11:30

1626

ABŞ-nin Kaliforniya ştatında göyərtəsində iki pilotun olduğu “E/A-18 G Growler” tipli hərbi təyyarə qəzaya uğrayıb. 

TodayPress “Anadolu” agentliyinə istinadən xəbər verir ki, təyyarə San Diyeqo körfəzinə düşüb. 

Pilotların qəzadan sağ çıxdığı bildirilib. Onları balıqçı qayığı sudan çıxarıb. 

Pilotlar xəstəxanaya aparılıb.   

Təyyarənin qəzaya uğrama səbəbləri araşdırılır. 

Nicat Osman

tag: Təyyarə,Qəza,ABŞ,Pilot,Todaypress.az,