ABŞ-də iqtisadi tənəzzül ehtimalı artır

Dünya

26.03.2025 20:20

665

ABŞ-də tənəzzül riski getdikcə artır və bu, həm istehlakçılar, həm də biznes sektoru üçün narahatedici siqnallar yaradır. 

TodayPress xəbər verir ki, CNBC-nin keçirdiyi sorğuya əsasən, maliyyə direktorlarının 60 faizi ABŞ iqtisadiyyatında 2025-ci ilin ikinci yarısında geriləmə olacağını proqnozlaşdırır. 

Daha 15 faiz isə bu prosesin gələn il baş verəcəyini düşünür.

Eyni zamanda, digər sorğular da ABŞ iqtisadiyyatına dair ümumi pessimizmi ortaya qoyub, direktorların 75 faizi iqtisadi vəziyyəti son dərəcə mənfi qiymətləndirib. Onların 50 faizi mümkün tənəzzülün “mərhələli”, 40 faizi isə “yumşaq” formada olacağını deyib.

Risk faktorları sırasında ilk yerdə ABŞ-nin ticarət siyasəti dayanır – respondentlərin 30 faizi bunu əsas təhlükə kimi dəyərləndirib. 25 faiz inflyasiyadan, 20 faiz isə zəif istehlakçı tələbindən narahat olduğunu bildirib. Xatırladaq ki, istehlakçı inamı hazırda son 12 ilin ən aşağı səviyyəsinə düşüb.

Qiymət Mahir

tag: ABŞ,İqtisadiyyat,Tənəzzül,Dünya,topaypress.az,