ABŞ-də Jurnalist FTB rəisi oldu

Dünya

24.02.2025 14:18

1823

ABŞ-də “Fox News” telekanalının aparıcısı, Den Bondcino ABŞ Federal Tədqiqatlar Bürosunun (FTB) direktor müavini təyin edilib.

TodayPress xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" şəbəkə hesabında məlumat verib.

ABŞ lideri qeyd edib ki, D.Bondcino ölkəsini hədsiz sevən, psixologiya və biznesin idarə edilməsi üzrə magistr təhsili olan mütəxəssisdir.

"O, həmçinin Nyu-York polisində və ABŞ Məxfi Xidmətində çalışıb. İndi isə ölkənin ən uğurlu podkast aparıcılarından biridir" deyə Tramp əlavə edib.

Nicat Osman

tag: ABŞ,Fox News,Tramp,Den Bondcino,todaypress.com,