ABŞ-də jurnalistlər Ağ Evə buraxılmayacaq
ABŞ prezidenti Donald Tramp "Associated Press" (AP) agentliyinə mənsub olan jurnalistlərin Ağ Evin Oval ofisinə və “Air Force One” kod adlı prezident təyyarəsinə girişinin qadağan edildiyini deyib.
TodayPress xəbər verir ki, o, bu barədə AP özünün rəsmi səhifəsində məlumat yayıb.
Bu qərara səbəb agentliyin Meksika körfəzini "Amerika körfəzi" adlandırmaqdan imtina etməsi olub.
Trampın sözlərinə görə, AP qanuna əməl etmək və reallığı qəbul etmək istəmir.
Ağ Ev rəhbəri Meksika körfəzinin adının bundan sonra yalnız Amerika köfəzi olacağını vurğulayıb.
Qeyd edək ki, Trampın qərarı mediada geniş müzakirələrə səbəb olub.
Həmçinin, Tramp administrasiyasının mətbuata münasibəti ilə bağlı yeni suallar yaradıb.
Nicat Osman
tag: Tramp,ABŞ,AP,Jurnalist,Qadağa,Todaypress.az,