ABŞ-də məhkəmə erməni bloqeri həbsdə saxladı
ABŞ-nin Nevada ştatının Las-Veqas şəhər
məhkəməsi erməni bloqçu Vardan Qukasyanın vəkillərinin girovla bağlı
müraciətini rədd edərək, onu həbsdə saxlayıb.
TodayPress xəbər verir ki, bu barədə “İravunk” qəzeti
“Lev Group” hüquq firmasının rəhbəri Levon Baqdasaryana istinadən məlumat
yayıb.
Onun sözlərinə görə, müdafiə tərəfi məhkəmə qərarını alıb
və ona əsasən azadlığa buraxılması barədə vəsatət rədd edilib. Baqdasaryan işin
təfərrüatlarını daha sonra təqdim edəcəyinə söz verib.
Xatırladaq ki, “İt” ləqəbi ilə tanınan videobloqçu Vardan
Qukasyan bundan əvvəl ABŞ-nin miqrasiya orqanları tərəfindən saxlanılıb. Onun
deportasiya ediləcəyi bildirilirdi. Ermənistan Qukasyanı bir neçə cinayət
ittihamı ilə axtarışa verib.
O, hazırda həbsdə saxlanılır.
tag: ABŞ, Erməni, Məhkəmə, Bloqer, Las-Veqas, todaypress.az,