ABŞ-də meşə yanğınlarına görə fövqəladə vəziyyət elan edildi
ABŞ-nin Nyu-York ştatındakı Lonq-Aylenddə səlahiyyətlilər yerüstü yanğınlar səbəbindən fövqəladə vəziyyət elan ediblər.
TodayPress xəbər verir ki, bu barədə "ABC" telekanalı məlumat yayıb.
"Suffolk qraflığında yerləşən Sauzemptonda yanğın davam edir və fövqəladə vəziyyət elan edilib" nəşr yazır.
Yanğın martın 8-də başlayıb və bu, ABŞ materikindəki ən böyük əhalisi olan adada bir gündə baş verən üçüncü yanğın olub.
Bildirilib ki, yanğının söndürülməsi zamanı yanğınsöndürənlərdən biri yaralanıb və o, üzündən 2-ci dərəcəli yanıq xəsarətləri alaraq xəstəxanaya aparılıb.
Töhfə Səməd
tag: ABŞ,Nyu-York, Lonq Aylend,Yabğın,Meşə,todaypress.az,