ABŞ-də miqrant uşaqlar təcridxanada saxlanılır

Dünya

07.03.2025 17:26

2175

ABŞ prezidenti Donald Trampın administrasiyası uşaqlı miqrant ailələrin xüsusi mərkəzlərdə saxlanması praktikasına qayıdır.   

TodayPress xəbər verir ki, bu barədə "CBS News" kanalı İmmiqrasiya və Gömrük Mühafizə Xidmətinin (ICE) məlumatlarına istinadən bildirib. 

Hesabatda deyilir ki, üç uşaqlı ilk miqrant ailə martın 6-da Texasda təcridxana tipli bir mərkəzə yerləşdirilib.

ABŞ Daxili Təhlükəsizlik Departamentinin sözçüsü Trika Maklaflinin sözlərinə görə, miqrantlar deportasiya əmri altındadır.

O, həmçinin təsdiqləyib ki, Tramp administrasiyası Texasdakı iki immiqrasiya təcridxanasını ABŞ-dəki ailələri qeyri-qanuni şəkildə yerləşdirmək üçün istifadəyə verəcək. 

Töhfə Səməd

tag: ABŞ,miqrant,Miqrant,Xarici,Düşərgə,Ölkə,todaypress.az,