ABŞ-də miqrantlar üçün mobil tətbiq hazırlandı
ABŞ-nin Gömrük və Sərhəd Mühafizəsi "CBP Home" mobil proqramını təqdim edib.
TodayPress xəbər verir ki, bu proqramın köməyi ilə qeyri-qanuni miqrantlar könüllü olaraq ölkəni tərk edə biləcəklər.
Bildirilir ki, bunu etmək istəyənlər daha sərt tədbirlərə məruz qalmadan əvvəl könüllü olaraq ərizədə Amerikanı tərk etmək istəklərini qeyd edə bilərlər. Bundan əlavə, bu funksiya miqrantlara gələcəkdə qanuni olaraq ABŞ-yə qayıtmaq şansı verəcək.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp fevral ayında inaqurasiya mərasimindən dərhal sonra ABŞ-Meksika sərhədində fövqəladə vəziyyət elan edən sərəncam imzalayıb. Buna səbəb ölkəyə gələn miqrantların sözügedən sərhəddən keçməsidir.
Ağ Ev rəhbəri həmçinin qeyri-qanuni mühacir dəstələrinin terrorçu qruplara bərabər tutulması barədə fərman imzalayıb.
Türkan İsgəndərli
tag: ABŞ,CBP Home,Donald Tramp,Miqrant,Todaypress.az,