ABŞ-də qasırğa nəticəsində ölənlərin sayı 36-ya çatdı
ABŞ-də tüğyan edən qasırğa nəticəsində ölənlərin sayı 36-ya çatıb.
TodayPress xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp "Truth Social"da yazıb.
"Biz Cənub və Orta Qərbdə bir çox ştatlarda tüğyan edən və 36 günahsız insanın ölümünə səbəb olan şiddətli tornadoları və tufanları fəal şəkildə izləyirik" deyə o bildirib.
Tramp əlavə edib ki, ABŞ Milli Qvardiya bölmələri təbii fəlakətdən xilas olmaq və yerli hakimiyyət orqanlarına yardım göstərmək üçün Arkanzas ştatına yerləşdirilib.
Amerika mətbuatının məlumatına görə, təbii fəlakətin qurbanları Alabama, Arkanzas, Missuri, Kanzas, Missisipi, Oklahoma və Texas ştatlarının sakinləridir.
Töhfə Səməd
tag: ABŞ,Qasırğa,Ölüm,Tramp,Todaypress.az,