ABŞ-də qeyri-qanuni miqrantlara özəl mərkəzlər yaradılacaq

Dünya

22.02.2025 09:15

2167

ABŞ hökuməti qeyri-qanuni miqrantların hərbi bazalarda yerləşdirilməsi ilə bağlı yeni plan hazırlayır.

TodayPress “The New York Times” nəşrinə istinadən xəbər verir ki, “deportasiya mərkəzləri” adlandırılan xüsusi obyektlərdə minlərlə miqrant saxlanılacaq.

İlk belə mərkəz Texas ştatındakı Fort-Bliss hərbi bazasında təşkil ediləcək. Burada 10 min miqrantın deportasiya olunana qədər saxlanılması nəzərdə tutulur. Daha sonra oxşar mərkəzlərin ABŞ-nin ondan çox ştatında yaradılması planlaşdırılır.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp dəfələrlə ölkənin Meksika ilə sərhəddini bağlayacağını və qeyri-qanuni miqrantların deportasiyasını sürətləndirəcəyini bildirmişdi. O, həmçinin Ohayo ştatında bəzi miqrantların ev heyvanlarını oğurlayıb yediklərini iddia etmişdi.

Bundan əlavə, Tramp administrasiyası Latın Amerikası və Ukraynadan gələn miqrantların müraciətlərinin müvəqqəti dayandırılması barədə qərar qəbul edib.

Qiymət Mahir

tag: Dünya,ABŞ,Miqrant,Düşərgə,Tramp,todaypress.az,