ABŞ-də “Qızıl Qübbə”nin yaradılmasına başlanıldı
ABŞ ordusunun Kosmik Qüvvələri Amerika prezidenti Donald Trampın “Amerika üçün Qızıl Qübbə” təşəbbüsünü dəstəkləmək üçün ekspertlər qrupu yaradıb.
TodayPress xəbər verir ki, bu barədə “Defense One” məlumat yayıb.
“Qızıl Qübbə” adlandırılan layihə ABŞ-ni raket hücumlarından qorumaq üçün yeni müdafiə sisteminin inkişafını nəzərdə tutur.
Layihədə Kosmik Qüvvələr, Raketdən Müdafiə Agentliyi və Kosmik İnkişaf Agentliyi iştirak edir.
Planlaşdırma qrupu bir neçə həftə ərzində layihənin texniki detalları və mövcud boşluqları müəyyənləşdirəcək.
Trampın sərəncamı sistemə kosmik proqramlara əsaslanan müəyyən edicilərin daxil edilməsini tələb edir. Lakin bu texnologiyanın reallaşması və maliyyələşdirilməsi hələ də araşdırılır.
Qeyd edək ki, bu təşəbbüs İsrailin “Dəmir Qübbə” sisteminə bənzəyir və ABŞ-nin hava hücumlarından müdafiəsini gücləndirməyi hədəfləyir.
Nicat Osman
tag: ABŞ ,Qızıl Qübbə,Kosmik Qüvvə,Donald Tramp,todaypress.az,