ABŞ-də qızılcaya yoluxma halları artır
ABŞ-də qızılcaya yoluxma halları artmaqda davam edir.
TodayPress xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) məlumat yayıb.
Bildirilir ki, ölkədə 1,001 təsdiqlənən yoluxma halı qeydə alınıb.
Faktlar ABŞ-nin 30 ştatında aşkarlanıb.
Bu, son illərin ən geniş yayılmış qızılca dalğalarından biri hesab olunur.
Türkan İsgəndərli
tag: ABŞ,Qızılca,Xəstəlik,Yoluxma,todaypress.az,