ABŞ-də Rusiya gəmilərinə qoyulan qadağa bir il müddətinə uzadıldı
ABŞ prezidenti Donald Tramp Rusiya bayrağı altında üzən və ya başqa şəkildə Rusiya Federasiyası ilə əlaqəli olan gəmilərin ABŞ limanlarına qəbuluna qoyulan qadağanı daha bir il müddətinə uzadıb.
TodayPress xəbər verir ki, bu barədə ABŞ Federal Reyestrində yer alan sənəddə deyilir.
Qeyd olunur ki, qadağa Rusiyaya qoşulan bütün gəmilər üçün parklanma və ABŞ limanlarına hərəkətə şamil edilir.
“Rusiya Federasiyası ilə bağlı milli fövqəladə vəziyyəti və Rusiyaya aid gəmilərin ABŞ limanlarına girişini və hərəkətini tənzimləmək üçün fövqəladə vəziyyətin səlahiyyətlərini bir il müddətinə uzadıram” sənəddə deyilir.
Rusiyaya qarşı fövqəladə vəziyyət 2022-ci il aprelin 21-də ABŞ-nin keçmiş prezidenti Co Bayden dövründə qəbul edilib.
tag: ABŞ, Tramp, Rusiya, Liman, Qadağa, Bayden, todaypress.az,