ABŞ-də şərab bazarına yeni zərbə
ABŞ prezidenti Donald Tramp ölkəyə idxal edilən mallara minimum 10 faizlik gömrük rüsumu tətbiq edəcəyini açıqlayıb. Aprelin 2-də verilən qərara əsasən, Avropa İttifaqı ölkələrindən gətirilən məhsullara isə 20 faizlik xüsusi tarif qüvvəyə minəcək. Bu qərar xüsusilə Fransa, İtaliya və İspaniyadan idxal edilən şərablara ciddi təsir göstərəcək.
TodayPress “Associated Press”ə istinadən xəbər verir ki, ABŞ Milli Şərab Pərakəndə Satıcılar Assosiasiyasının icraçı direktoru Tom Uork bu qərarın ölkədəki şərab satışına mənfi təsir edəcəyini bildirib.
Onun sözlərinə görə, şampan və prosecco kimi bəzi içkilər ABŞ-də istehsal olunmur və tamamilə idxaldan asılıdır.
Rüsumların artması bu məhsullara olan tələbi azaldacaq, bu isə ticarət şəbəkələrinin fəaliyyətini çətinləşdirəcək.
“İdxal şərablarına tətbiq edilən rüsumlar sektoru daha da zəiflədir. Onsuz da inflyasiya və istehlakın azalması səbəbindən çətin dövr keçiririk” deyə Uork bildirib.
O əlavə edib ki, yeni gömrük siyasəti nə istehsalçılara, nə də istehlakçılara xeyir verəcək.
Qiymət Mahir
tag: ABŞ,Şərab,İstehsal,Zərbə,Todaypress.az,