ABŞ-də Təhsil Departamenti bağlanır: Tramp imzaladı
ABŞ prezidenti Donald Tramp martın 20-də ABŞ Təhsil Nazirliyinin ləğvi ilə bağlı sərəncam imzalaya bilər.
TodayPress xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb.
Bildirilib ki, müvafiq sənəd təhsil naziri Linda Makmahondan şöbənin bağlanmasını asanlaşdırmaq üçün bütün lazımi addımları atmağı əmr edəcək. "Prezident Donald Tramp Təhsil Departamentinin ləğvi prosesinə başlamaq üçün sərəncam imzalamağa hazırlaşır.
Bu addım əsas kampaniya vədini yerinə yetirməyə başlayacaq" məqalədə deyilir.
Eyni zamanda, nazirliyin tamamilə ləğvi üçün Ağ Ev rəhbərinin də Konqresdən razılıq alması lazım gələcək.
Xatırladaq ki, fevralın əvvəlində "The Wall Street Journal" xəbər verirdi ki, Tramp administrasiyası federal agentlikləri ixtisar etmək təşəbbüsləri çərçivəsində Təhsil Departamentini ləğv etməyi düşünür.
Dəqiqləşdirilib ki, Trampın müşavirləri fərmanın təfərrüatlarını və imzalanma vaxtını müzakirə edirlər.
Bundan əvvəl ABŞ-nin Hökumət Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask hökumət aparatının ixtisarını dəstəkləyib və nazirliyin fəaliyyətini tənqid edib.
Töhfə Səməd
tag: ABŞ,Tramp,Təhsil,Departament,Todaypress.az,