ABŞ-də Trampın portreti olan 250 dollarlıq əskinaz təklif edildi

Dünya

27.02.2025 18:20

2829

ABŞ Konqresinin Cənubi Karolinadan olan respublikaçı üzvü Co Uilson ölkədə 250 dollar nominalında yeni əskinasın dövriyyəyə buraxılmasını təklif edib. Onun sözlərinə görə, bu əskinasın üzərində hazırkı prezident Donald Trampın portreti olmalıdır.

TodayPress xəbər verir ki, bu barədə o, öz “X” social şəbəkə hesabında yazıb.

“Məmnuniyyətlə elan edirəm ki, Bədiiyyat və Çap Bürosuna Donald Trampın təsviri ilə 250 dollarlıq əskinas hazırlamaq tapşırığını verəcək qanun layihəsi üzərində işləyirəm. “Baydenfilyasiya” iqtisadiyyatı dağıtdı və amerikalı ailələri daha çox nağd pul gəzdirməyə məcbur etdi. Ən dəyərli prezident üçün ən dəyərli əskinas!”  deyə Uilson qeyd edib.

Qeyd edək ki, bu, Trampın portreti olan əskinas ideyasının ilk dəfə səsləndirilməsi deyil.

2024-cü ilin iyununda Konqres üzvü Pol Qosar (Arizona ştatından respublikaçı) 500 dollar nominalında Trampın təsviri olan pul vahidi təklif etmişdi.

Lakin ABŞ qanunvericiliyinə görə, 1866-cı ildən bəri ölkədə sağ olan şəxslərin portretlərinin pul əskinaslarında və sikkələrdə əks olunması qadağandır.

Qiymət Mahir

tag: ABŞ,Tramp,Dollar,Əskinas,Todaypress.az,