ABŞ-də transseksuallar işlərini itirməyə başladılar

Dünya

15.02.2025 10:50

2336

ABŞ Ordusu transseksualların işə götürülməsini dayandırıb. 

TodayPress xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsində yayılan məlumatda deyilir.

Qeyd olunub ki, ABŞ Ordusu hərbi qulluqçular üçün cinsiyyətin dəyişdirilməsi prosedurlarını həyata keçirməyi və ya asanlaşdırmağı dayandıracaq. Qərar dərhal qüvvəyə minib.

Bundan əvvəl ABŞ prezidenti Donald Trampın ilk fərmanlarından biri kimi bütün transseksualları ABŞ ordusundan qovmaq niyyətində olduğu bildirilirdi. Hazırda ABŞ ordusunda 15 minə yaxın transseksual xidmət edir. Onların tibbi göstəricilərə görə xidmətə yararsız hesab edilərək tərxis olunacağı gözlənilir.

Töhfə Səməd

tag: ABŞ ,Ordu,Transseksual,İş,Donald Tramp,Fərman,todaypress.az,