ABŞ-də yaşı 300-ü keçən insanlar aşkarlandı

Dünya

18.02.2025 19:00

2230

ABŞ-də Hökumətin Səmərəliliyinin Artırılması İdarəsinə (DOGE) rəhbərlik edən İlon Mask ABŞ-nin sosial təminat sisteminin məlumat bazasında 120-369 yaş arasında milyonlarla insanın olduğunu bildirib   

TodayPress xəbər verir ki, Mask bu barədə özünün "X" hesabında məlumat verib.   

Mask bildirib ki, bazada təqdim olunan cədvəldə göstərilir ki, sosial təminat sistemində rəsmən sağ kimi hələ də 240-369 yaş arasında iki nəfər, 200-229 yaş arasında təxminən 3 min nəfər, həmçinin 120-199 yaş arasında təxminən 8,9 min nəfər qeydə alınıb.   

"Sosial təminat xidmətinin məlumat bazasına görə, burada "ölüm" sütununda tire işarəsi olan hər yaş qrupundakı insanların sayı göstərilir. Bəlkə də "Twilight" (vampirlər haqqında kult film) realdır və sosial təminat alan çoxlu vampir var" deyə Mask qeyd edib. 

Nicat Osman

tag: ABŞ,Mask,Yaşlı,Vampir,Todaypress.az,