ABŞ-də yüzlərlə şəxs işdən çıxarıldı
ABŞ prezidenti Donald Tramp administrasiyası Amerikanın iqlim tədqiqatları üzrə aparıcı qurumu olan Milli Okean və Atmosfer Administrasiyası (NOAA) ilə bağlı ciddi ixtisarlar həyata keçirib. İşdən çıxarılmalar əsasən sınaq müddətində olan və ya yaxın zamanda vəzifəyə yüksəlmiş işçilərə təsir edib. Bu kateqoriya agentliyin ümumi işçi heyətinin 10%-ni təşkil edir.
TodayPress xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Agentliyin bir neçə işçisi, agentlikdə uzun illər təcrübə qazanan işçilərin işdən çıxarılmasının təşkilatın gücünü zəiflədəcəyini bildirib.
Merilend ştatından senator Kris Van Hollen, Ticarət naziri Hovard Latnikə göndərdiyi məktubda bu kütləvi ixtisarları qanunsuz adlandırıb.
Həmçinin, ABŞ-nin “Union of Concerned Scientists” qrupu 2500-dən çox elmi ekspertin imzası ilə Ticarət Departamentinə məktub göndərərək “NOAA”nın maliyyələşdirilməsi və işçi heyətinin qorunmasını tələb edib.
“NOAA”nın keçmiş administratoru Rik Spinrad, ixtisarları yanlış adlandıraraq, bu addımın amerikalıların həyatı və əmlakı üçün ciddi təhlükə yarada biləcəyini vurğulayıb.
Nicat Osman
tag: ABŞ,Agentlik,İqlim,İşdən çıxarma,Todaypress.az,