ABŞ-dəki tariflər kompüter bazarına zərər verdi
Beynəlxalq Data Korporasiyasının (IDC) ekspertləri 2025-ci ildə kompüter bazarı ilə bağlı gözləntilərinə yenidən baxıblar.
TodayPress xəbər verir ki, şirkətin hesabatı "Tom's Hardware" tərəfindən nəzərdən keçirilib. IDC tədqiqatçıları qlobal fərdi kompüter (PC) bazarı ilə bağlı proqnozlarını aşağı salıblar.
Ekspertlər ABŞ prezidenti Donald Trampın Çindən gələn mallara tətbiq etdiyi gömrük rüsumlarının satışları vuracağını gözləyirlər.
Bununla belə, bazar hələ də 3,7 faiz artaraq 2025-ci ilin sonuna qədər 273 milyon ədədə çatacaq.
Amma 2029-cu ilə qədər artım ildə 1 faizdən çox olmayacaq.
Mütəxəssislər süni intellektin (AI) PC seqmentinə təsirini həddindən artıq qiymətləndirdiklərini də etiraf ediblər. AI kompüter kateqoriyası hələ də dünyada zəif qəbul edilir, lakin potensialı olan yeni modellər 2026-cı ildə bazara çıxmalıdır.
İl ərzində ən böyük artım təhsil və korporativ sektorlara kompüter tədarüklərində olacaq - müvafiq olaraq 6,7 və 4,3 faiz. Adi istehlakçılar üçün kompüterlərin satışı cəmi 0,2 faiz artacaq.
Eksperlər bildirib ki, ticarət sektorunda, "Windows 10" kompüterlərinin yenilənməsinə ehtiyac olduğuna görə satışlar da artacaq.
Töhfə Səməd
tag: ABŞ,Kompüter,Tramp,Tarif,Todaypress.az,