ABŞ-dən Avropaya gizli vəd

Dünya

26.03.2025 18:32

1308

ABŞ administrasiyasının rəsmiləri Avropa İttifaqındakı (Aİ) həmkarlarına Donald Trampın prezidentliyi dövründə də ABŞ-nin NATO qarşısındakı öhdəliklərini və Avropa üzərindəki “nüvə çətiri”ni qoruyub saxlayacağını gizli şəkildə vəd ediblər. 

TodayPress xəbər verir ki, bu barədə “New York Times” qəzeti məlumat yayıb.

“Tramp administrasiyasının nümayəndələri Avropalı həmkarlarına bildiriblər ki, ABŞ prezidenti NATO-ya sadiq qalacaq və Avropa üzərində nüvə müdafiə qalxanını saxlayacaq” deyə məqalədə qeyd olunub.

Bununla yanaşı, nəşr Trampın NATO-ya münasibətində qeyri-sabit və dəyişkən mövqe sərgilədiyini, alyansı “ABŞ-nin pul ödədiyi bir klub” kimi qəbul etdiyini xatırladıb.

Qiymət Mahir

tag: ABŞ,Avropa,Nüvə Çətiri,Gizli Vəd,Todaypress.az,