ABŞ-dən hərbi yardım olmasa, Ukrayna tab gətirə bilməyəcək
ABŞ-dən hərbi yardım olmasa, Ukrayna uzağı 2025-ci ilin yayına qədər döyüşləri davam etdirə bilər.
TodayPress xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
"ABŞ-nin hərbi yardımı olmadan Ukraynanın yayadək döyüşləri indiki templə davam etdirmək üçün kifayət qədər silahı var" deyə qeyd edilib.
Qeyd olunur ki, bundan sonra Kiyev sursatsız qala və bəzi “ən müasir silah növlərindən” istifadə edə bilməz.
Qeyd edək ki, son günlər ABŞ prezidenti Donald Tramp və Ukrayna lideri Vladimir Zelenski arasında münasibətlərin kəskinləşməsi Kiyevin Vaşinqtonun hərbi dəstəyini itirmək riski ilə üz-üzə qalmasına səbəb olub.
Nicat Osman
tag: ABŞ,Rusiya,Ukrayna,Münaqişə,Todaypress.az,