ABŞ dolları ucuzlaşır

Dünya

03.04.2025 16:36

1252

ABŞ prezidenti Donald Trampın ölkənin bir sıra ticarət tərəfdaşlarına tətbiq etdiyi tarifləri dolları xeyli zəiflədib.   

TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.   

Bildirilib ki, dollar ABŞ-nin əsas ticarət tərəfdaşları olan ölkələrin valyutaları qarşısında ucuzlaşıb.   

Nəşrin məlumatına görə, aprelin 3-də dollar indeksində 1,5% ucuzlaşma müşahidə olunub.

ABŞ valyutası Yaponiya yeni və İsveçrə frankı qarşısında təxminən 2%, avro və funt sterlinqə qarşı isə 1%-dən çox ucuzlaşıb.

Həmçinin, Kanada dolları qarşısında da dekabr ayından bəri ən aşağı səviyyəyə düşüb.   

Aysel Mətləb

tag: ABŞ,Dollar,Valyuta,Ucuzlaşma,Todaypress.az,