ABŞ Dövlət Departamenti xaricdə hava keyfiyyətinin monitorinqini dayandırdı
ABŞ Dövlət Departamenti xaricdə hava keyfiyyətinin monitorinqini dayandırıb.
TodayPress xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Bildirilib ki, 2008-ci ildən fəaliyyət göstərən proqram dünyanın müxtəlif yerlərində hava keyfiyyətinə dair məlumat toplayıb və onları onlayn sistemlərdə yayımlayıb.
“ZephAir” mobil tətbiqi və “AirNow” veb-saytı, məlumatların yayımlandığı platformalar martın 4-də fəaliyyətini dayandırıb.
Dövlət Departamentindən bildirilib ki, proqramın dayandırılması büdcə məhdudiyyətləri səbəbindən baş verib.
Diplomatlar tərəfindən qurulan monitorinq sistemləri hələ müəyyən müddət ərzində işləyəcək, lakin maliyyə məsələləri həll olunana qədər məlumatlar onlayn platformalara göndərilməyəcək.
Qiymət Mahir
tag: ABŞ,Dövlət Departamenti,Hava,Monitorinq,Todaypress.az,