ABŞ dövlət katibi CAR-ın səfirini “persona non qrata” elan etdi
ABŞ dövlət katibi Marko Rubio Cənubi Afrika
Respublikasının (CAR) səfiri İbrahim Rəsulu “persona non-qrata” elan edib.
TodayPress xəbər verir ki, bu barədə M.Rubio “X”
sosial şəbəkəsində yazıb.
"Biz daha Cənubi Afrikanın böyük ölkəmizdəki
səfirindən məmnun deyilik. İbrahim Rəsul, Amerikaya və Prezidentinə nifrət edən
irqçi siyasətçidir. Onunla müzakirə edəcəyimiz heç bir şey yoxdur və indi
“persona non-qrata” elan olunur" paylaşımda qeyd edilir.
tag: ABŞ, Marko Rubio, CAR, İrqçi, Persona Non-qrata, Səfir, todaypress.az,