ABŞ dövlət katibi Ukrayna məsələsi ilə bağlı danışıqlar masasındadır
ABŞ dövlət katibi Marko Rubio Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə Rusiya ilə danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanına səfər edib.
TodayPress xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Bildirilib ki, Rubionun gəlişi ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında telefon danışığından sonra baş verib. Bundan sonra tərəflər Ukrayna üzrə danışıqlar aparmaq üçün qruplar yaratmağa başlamaq barədə razılığa gəliblər.
Ukrayna lideri Volodimir Zelenski Rusiya və ABŞ-nin Ukrayna ilə bağlı qərarlarını qəbul etməkdən imtina edib.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Rubio telefonla danışıblar. Söhbətdən sonra diplomatlar aktual beynəlxalq məsələlər, o cümlədən Ukrayna ətrafında nizamlanma, Fələstindəkı vəziyyət, ümumilikdə Yaxın Şərq və digər regional ərazilərdə əməkdaşlıq etmək istəyini ifadə ediblər. Əlavə olaraq bildirilib ki, söhbət Vaşinqtonun təşəbbüsü ilə baş tutub.
Töhfə Səməd
tag: ABŞ ,Marko Rubio,Ukrayna ,Səudiyyə Ərəbistanı,todaypress.az,