ABŞ dövlət katibi Ukrayna münaqişəsi haqqında danışdı

Dünya

12.02.2025 19:30

1778

ABŞ dövlət katibi Marko Rubio Ukrayna münaqişəsinin həlli ilə bağlı nikbin olduğunu bildirib. 

TodayPress xəbər verir ki, Rubio bunu “CNN”ə müsahibəsində deyib. 

“Demək istəyirəm ki, mən optimistəm. Biz çox çalışacağıq, çünki çox çətin vəziyyətdəyik. Ukrayna münaqişəsini dayandırmaq asan olmayacaq” deyə o qeyd edib. 

Rubio həmçinin bildirib ki, Amerika vətəndaşı Mark Voqelin azadlığa buraxılması Ukrayna münaqişəsinin həllində irəliləyişlə birbaşa bağlı deyil, lakin bu, əməkdaşlıq etmək istəyinin bir əlaməti hesab edilə bilər.   

Xatırladaq ki, bir gün əvvəl ABŞ prezidenti Donald Tramp bildirib ki, Rusiya həbsxanasında cəza çəkən Mark Voqelin azadlığa buraxılması Ukrayna münaqişəsinin həlli üçün çox mühüm elementə çevrilə bilər və bu məsələdə mühüm irəliləyiş əldə olunub.   

Aysel Mətləb

tag: Marko Rubio,ABŞ,Dövlət Katibi,Ukrayna,Todaypress.az,