ABŞ dronların kütləvi istifadəsi proqnozundan dəhşətə gəldi
Rusiyalı ekspertlərin gələcəkdə müəyyən hərbi əməliyyatların əsasən pilotsuz uçuş aparatlarından (PUA) istifadə ediləcəyi ilə bağlı proqnozu ABŞ ordusunun istefada olan polkovniki Gian Gentili dəhşətə gətirib.
TodayPress xəbər verir ki, bu barədə “Business Insider” məlumat yayıb.
Keçmiş amerikalı hərbçi Moskvada yerləşən Strategiya və Texnologiyaların Təhlili Mərkəzinin direktoru Ruslan Puxovun sözlərinə münasibət bildirib.
“Əgər kimsə mənə “sənə istədiyin qədər dron verəcəyik, amma sən “M240” ağır pulemyotlarından imtina edəcəksən” desəydi, mən ona "sən dəlisən” söyləyərdim" deyə Gentil bildirib.
Qeyd edək ki, piyadaların minaatan və pulemyotlardan istifadədən imtinası Amerika hərbi ekspertlərini şoka salıb.
Nəşrin fikrincə, PUA-ların döyüş meydanında kütləvi istifadəsi ikiqat dağıdıcı zərbə ola bilər.
Aysel Mətləb
tag: ABŞ,Dron,Rusiya,Ukrayna,Todaypress.az,