ABŞ Energetika naziri: “Nüvə arsenalının modernləşdirilməsinə ehtiyac var”
ABŞ Energetika naziri Kris Rayt ölkənin nüvə arsenalının modernləşdirilməsinin vacib olduğunu bəyan edib.
TodayPress “TASS”a istinadən xəbər verir ki, bu barədə o, “Fox News” telekanalına verdiyi müsahibədə danışıb.
Nazirin sözlərinə görə, ABŞ-nin texnoloji liderliyini və silahların etibarlılığını qorumaq üçün yenilənmə zəruridir:
“Bizə nüvə arsenalını artırmaq deyil, onun müasirləşdirilməsi lazımdır”.
Kris Rayt vurğulayıb ki, ABŞ-nin nüvə mövqeyi hazırda güclüdür, lakin prezident Donald Tramp administrasiyasının bu sahəyə diqqəti onu daha da davamlı edəcək. O eyni zamanda əlavə edib ki, nüvə silahında ən vacib məsələ onun tətbiq edilməməsidir”.
Xatırladaq ki, ABŞ-nin əsas nüvə silahlarından biri olan “B61-12” termonüvə bombası həm taktiki, həm də strateji məqsədlərlə istifadə edilə bilər. Onun partlayış gücü tənzimlənə bilir və dörd fərqli səviyyədə tətbiq olunması mümkündür.
Qiymət Mahir
tag: ABŞ,Nüvə,Silah,Nazir,todaypress.az,