ABŞ Ermənistana yardımı dayandırdı

Dünya

15.04.2025 23:31

19

ABŞ dövlət katibi Marko Rubio bir sıra xarici ölkə üçün nəzərdə tutulan 215 milyon dollar qrantı ləğv edib.

TodayPress xəbər verir ki, bu barədə ABŞ-nin Hökumətin Effektivliyi Departamenti (DOGE) məlumat yayıb.

"Bu gün ümumi dəyəri 215 milyon dollar olan 139 faydasız qrantı ləğv edib" məlumatda bildirilib.

Qeyd olunub ki, söhbət Ermənistan, Belarus, Bolqarıstan, Braziliya, Böyük Britaniya, Livan, Mavritaniya, Moldova, Tunis və Özbəkistandakı layihələrdən gedir.

Ermənistanda “Demokratik Mədəniyyətin Təşviqi” proqramının maliyyələşdirilməsi üçün 2 milyon dollar ayrılması nəzərdə tutulmuşdu.

tag: ABŞ,Marko Rubio , Qrant, Yardım, DOGE, todaypress.az,