ABŞ hərbi sənayesi Çinlə ticarət müharibəsi təhlükəsi altındadır

Dünya

17.04.2025 10:15

12

İstehsalçılar yeni nəsil "F-35" qırıcı təyyarələrində Çin ərintisini əvəz edə bilmədiklərinə görə ABŞ hərbi sənayesi təhlükə altındadır. 

TodayPress xəbər verir ki, bu barədə “Guancha” məlumat yayıb. 

Məqalədə qeyd olunub ki, ABŞ-nin hərbi texnika istehsalında liderliyi Pekinin nəzarətində olan nadir torpaq metallarının tədarükündən asılıdır.

Amerika sənayesi Çini məhdudiyyətləri qaldırmağa inandırmağa çalışır. 

ABŞ hökuməti uzun müddətdir ki, Çin tədarükündən asılılıq problemindən narahatdır və buna görə də bu elementlərin istehsalını inkişaf etdirmək və ya öz təyyarələrində ərintinin dəyişdirilməsi üçün səy göstərir.

Bununla belə, hazırda Vaşinqton bu problemi həll edə bilməyib. 

Öz növbəsində Çin "Boeing" üçün ehtiyat hissələri çatışmazlığı təhlükəsi altındadır.   

"Bloomberg" nəşri əlavə edib ki, Çin hakimiyyətinin Amerika Birləşmiş Ştatları ilə ticarət müharibəsi çərçivəsində "Boeing" korporasiyasından təyyarə və komponentlərin alınmasına qadağa qoyması milli aviadaşıyıcıların onsuz da malik olduqları təyyarələrə xidmətdə problemlərlə üzləşməsinə səbəb ola bilər. 

Töhfə Səməd

tag: ABŞ,Çin,Ticarət,Rəqabət,Todaypress.az,