ABŞ hərbi xərcləri azaldır
ABŞ prezidenti Donald Tramp administrasiyası Pentaqona hərbi xərclərin azaldılması planının hazırlanmasını tapşırıb.
TodayPress xəbər verir ki, bu barədə “The washington Post” məlumat yayıb.
Bildirilib ki, Ağ Ev hərbi büdcədən qənaət edilən vəsaiti administrasiyanın prioritet hesab etdiyi digər müdafiə sahələrinə yönəltməyi hədəfləyir.
Həmçinin, Pentaqon rəhbəri Pit Heqset artıq hərbi büdcəni səkkiz faizə qədər azaltmaq istiqamətində araşdırmalara başlayıb.
Qeyd edək ki, Amerikanın builki hərbi büdcəsi 850 milyard dollara yaxındır.
Nicat Osman
tag: ABŞ,Pentaqon,Büdcə,Xərc,Todaypress.az,