ABŞ hökuməti bir çox ölkələrə gömrük rüsumu tətbiq edəcək
ABŞ hökuməti Çindən idxala 34%, Avropa
İttifaqına isə 20% həcmində gömrük rüsumları tətbiq edəcək.
TodayPress xəbər verir ki, bunu ABŞ prezidenti Donald
Tramp çıxışı zamanı deyib.
Bundan əlavə, oxşar tədbirlər Vyetnam (46%), Hindistan
(26%), İndoneziya (32%), Kamboca (49%), Malayziya (24%), Koreya Respublikası
(25%), Tayland (36%), Tayvan (32%), İsveçrə (31%), Yaponiya (24%) və digər
ölkələrə də təsir edəcək.
Eyni zamanda ABŞ administrasiyası aprelin 3-dən idxal
edilən bütün avtomobillərə 25% rüsum, Ukraynadan idxala 10% həcmində cavab
gömrük rüsumları tətbiq edəcək.
tag: ABŞ, Çin, Rüsum, Gömrük, Hindistan, todaypress.az,