ABŞ Husilərə qarşı hücumları davam etdirəcək

Dünya

27.03.2025 13:46

1130

"ABŞ Yəməndə “Ənsarullah” (husilər) hərəkatının mövqelərinə zərbələri hələ uzun müddət davam etdirmək niyyətindədir".

TodayPress xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Zərbələrimiz çox uğurlu oldu və biz bunu hələ uzun müddət davam etdirəcəyik” deyə Amerika lideri bildirib.

Aysel Mətləb

tag: ABŞ,Tramp,Yəmən,Husilər,Hücum,Todaypress.az,