ABŞ husiləri terror təşkilatı kimi tanıdı
ABŞ husiləri xarici terror
təşkilatı kimi tanıyıb.
TodayPress xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.
Rubio bildirib ki, ABŞ Yəmənin Husi hərəkatını terror təşkilatı kimi tanıyır.
“Bu gün Dövlət
Departamenti prezident Donald Trampın vəzifəyə gəldikdən sonra verdiyi ilk
vədlərdən birini yerinə yetirir. Mən Departamentin husiləri xarici terror
təşkilatı kimi təyin etməsini məmnuniyyətlə elan edirəm” Rubio bildirib.
"Dövlət
Departamentinin bugünkü addımı Tramp Administrasiyasının milli təhlükəsizlik
maraqlarımızı, Amerika xalqının və Birləşmiş Ştatların təhlükəsizliyini qorumaq
öhdəliyini nümayiş etdirir” o əlavə edib.
tag: ABŞ, Yəmən, Tramp, Rubio,Amerika,Husilər, todaypress.az,