ABŞ ilə Ukrayna arasında resurs sazişi layihəsinin təfərrüatları açıqlandı

Dünya

28.03.2025 15:52

1377

Kiyevə təqdim edilən ABŞ ilə resurs müqaviləsi layihəsinə Ukraynanın bütün resurs bazası, o cümlədən özəl mədən şirkətləri daxildir.   

TodayPress xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksiy Qonçarenko öz “Telegram” kanalında danışıb. 

“Layihə təkcə Ukraynanın dövlət şirkətlərini deyil, həm də özəl mədən müəssisələrini əhatə edir” deyə o bildirib.   

Deputat qeyd edib ki, hazırkı layihə çərçivəsində bütün təbii sərvətlərin, o cümlədən qaz, neft, metal və faydalı qazıntıların çıxarılmasından əldə olunan gəlirlər xüsusi fonda köçürüləcək.   

Aysel Mətləb

tag: ABŞ,Ukrayna,Resurs,Saziş,Todaypress.az,