ABŞ immiqrantları təxliyə etməyə başladı

Dünya

21.02.2025 12:32

906

ABŞ hakimiyyəti Kubadakı Quantanamo ABŞ bazasında saxlanılan immiqrantların demək olar ki, hamısını Hondurasa köçürüb. 

TodayPress xəbər verir ki, bu barədə “NBC News” telekanalı məlumat yayıb.

Fevralın 21-də Quantanamoda Venesueladan olan 178 immiqrant olub. ABŞ Daxili Təhlükəsizlik Departamentinin (DHS) yüksək vəzifəli rəsmisi telekanala bildirib ki, onlardan 177-si elə həmin gün deportasiya edilib. Rəsmi mənbə bildirib ki, daha 1 şəxs isə ABŞ-də həbsxanaya göndərilib. Telekanalın xəbərinə istinad edən Honduras Xarici İşlər Nazirliyi, ölkənin ABŞ-dən olan 174 venesuelalı mühacirlə reysi qəbul etdiyini və onların dərhal Venesuelaya aparılmasına qərar verildiyini qeyd edib.

Telekanalın mənbəyi ABŞ və Honduras tərəfindən verilən rəqəmlər arasındakı fərqi “sadəcə səhv” adlandırıb.

Həmçinin bildirilib ki, ABŞ hakimiyyəti Quantanamoya daha çox immiqrant göndərməyi və onları başqa ölkələrə göndərməzdən əvvəl bazaya “tranzit məntəqəsi” kimi baxmağı planlaşdırır.

Eyni zamanda, daha iki mənbə telekanala bildirib ki, Daxili Təhlükəsizlik Nazirliyi Pentaqona immiqrantların müvəqqəti saxlanması üçün alternativ yerlər tapmağı xahiş edir. 

Töhfə Səməd

tag: ABŞ,İmmiqrant,Təxliyyə,Mühacir,Todaypress.az,