ABŞ iqtisadiyyatı dünya liderliyini itirə bilər

Dünya

28.04.2025 11:37

11

ABŞ prezidenti Donald Trampın “Öncə Amerika” siyasəti Ağ Evin gözlədiyi effekti verməyə bilər. 

TodayPress xəbər verir ki, bu barədə "CNBC" məlumat yayıb.

Bildirilib ki, Tramp dünyanın Amerikaya ehtiyacı olduğu ehtimalına əsaslanaraq, daxili maraqları beynəlxalq maraqlardan üstün tutur. 

"Bu qismən doğru ola bilər, çünki ABŞ ən böyük idxalçı və ixracatçılardan biridir. Bununla belə, ölkələr Trampın proteksionist siyasətinə cavab vermək üçün yollar axtarır. Xüsusilə, ABŞ-nin rüsumlarından əziyyət çəkən Cənub-Şərqi Asiya ölkələri regiondaxili ticarəti artırır və ixrac istiqamətlərini şaxələndirirlər. Çin öz növbəsində fiskal stimulu artırmağa hazırdır" deyə məlumatda əlavə olunub.

Sonda qeyd olunub ki, ABŞ beynəlxalq münasibətlərin bütün seqmentlərində monopoliyaya malik deyil. Çin özü nadir torpaq elementləri, eləcə də nikel və mis kimi kritik minerallar üçün tədarük zəncirinin böyük hissəsinə nəzarət edir.

Töhfə Səməd 

tag: ABŞ ,Donald Tramp,Ağ Ev,Çin ,todaypress.az,