ABŞ iqtisadiyyatı tənəzzülə uğrayır?

Dünya

17.03.2025 16:10

1645

“ABŞ prezidenti Donald Trampın dövründə ölkə iqtisadiyyatının tənəzzüllə üzləşməyəcəyinə heç bir zəmanət yoxdur”.   

TodayPress xəbər verir ki, bunu maliyyə naziri Skot Bessent “NBC”yə müsahibəsində deyib.   

O bildirib ki, ABŞ hökuməti möhkəm siyasətlər üzərində işləyir və iqtisadiyyatda bəzi düzəlişlər ola bilər.   

Bessent, həmçinin potensial tənəzzüllə bağlı narahatlıqları rədd edərək, keçid dövrünün olacağını, lakin ABŞ-də böhranın baş verməyəcəyini deyib.   

Aysel Mətləb

tag: ABŞ,Skott Bessent,İqtisadiyyat,Tənəzzül,Todaypress.az,